Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2021 20:26
Boris Conson Britaniyada koronavirus tədbirlərinin daha da sərtləşdiriləcəyini deyib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, baş nazir virusla mübarizədə Britaniyanı qarşıda çox çətin həftələrin gözlədiyini deyib.
"Koronavirusa yoluxma rəqəmləri daha sərt tədbirlər görmək lazım olduğunu heç bir sual altında qoymur və biz bu tədbirləri tez bir zamanda elan edəcəyik",- deyə Boris Conson qeyd edib.
Baş nazir hökumətin virusu nəzarət altında tutmaq üçün əlindən gələni edəcəyini bildirib. O vurğulayıb ki, insanların bu kritik zamanda nizam-intizamlı olmaqları vacibdir.
Xatırldaq ki, hazırda Britaniyada koronavirusa yoluxanların sayı sürətlə artır, belə ki, son həftələrdə günlük yoluxma sayı təxminən 50 000 nəfər civarındadır.