Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 12:50
Müğənni Vüqar Muradov sosial şəbəkə hesabında bir neçə il əvvəl dünyasını dəyişən anası ilə bağlı paylaşım edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçı anasının fotosunu paylaşaraq bunları əlavə edib:
"15 ildir özünü deyil, sadəcə şəkillərini qucaqladığım əvəzolunmazım, anam... Bilirsiniz niyə bu şəkli paylaşdım? Sağlığında analarınızı doyunca qucaqlayın, qoxlayın deyə. Qoruyun anaları... Onların yeri dolmur. Bu varlığın adı üstündədir, ana".