Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Narkotik dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb (FOTO)

Narkotik dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb (FOTO)

Tarix: 5 Yanvar 2021 14:12

Bakı. Samir Əli - Trend:

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən tədbirlərlə rayon sakini Orxan Ərəbov idarə etdiyi naqliyyat vasitəsi ilə birlikdə rayon ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə və nəqliyyat vasitəsinə keçirilən şəxsi baxış zamanı nəqliyyat vasitəsindən bir ədəd kağız bükümdə olan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb. O.Ərəbov ifadəsində narkotik maddəni Quba rayon sakini Elşən Cavadovdan aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan E.Cavadov da şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunub. Onun üzərinə keçirilən baxış zamanı satış məqsədi ilə üzərində gəzdirdiyi 28 ədəd “Tramadol” həbləri və sellofan torbada təmiz çəkisi 435 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Qeyd olunan faktlarla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Narkotik dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb (FOTO) - Gallery Image Narkotik dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb (FOTO) - Gallery Image Narkotik dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb (FOTO) - Gallery Image Narkotik dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb (FOTO) - Gallery Image


Etiketlər:  Narkotik dövriyyəsi ilə məşğul olan nəfər saxlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ