Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Samsung” şirkəti tutumlu akkumulyatora malik ucuz “Galaxy M02s” smartfonunu elan edib

“Samsung” şirkəti tutumlu akkumulyatora malik ucuz “Galaxy M02s” smartfonunu elan edib

Tarix: 5 Yanvar 2021 14:42

"Samsung" şirkəti ucuz "Galaxy M02s" smartfonunu təqdim edib. Bu, böyükölçülü ekran, üçqat kamera və yüksək tutumlu akkumulyatora malik başlanğıc səviyyəli modeldir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "Samsung Galaxy M02s" aparatı 6,5 düymlük HD təsvir ölçülü IPS ekrana malikdir. Smartfona "Qualcomm Snapdragon 450" başlanğıc səviyyəli prosessor və 5000 milliamper/saat tutumlu akkumulyator quraşdırılıb. İki versiyada (3 32 QB və 4 64 QB) əlçatan olacaq.

 

Aparatın arxa tərəfində 13 mp-lik əsas, 2 mp-lik makroobyektiv və portret şəkilləri üçün 2 mp-lik dərinlik sensorundan ibarət üçqat kamera yerləşdirilib.

 

Yenilik barmaq izləri skanerinə malik deyil, amma "USB Type-C" konnektoru, 3,5 mm-lik səs çıxışı və "microSD" formatlı yaddaş kartı üçün slot nəzərdə tutulub.

 

Aparat yanvarın 7-də Hindistanda satışa çıxarılacaq, sonra isə başqa regionlarda da əlçatan olacaq. 4 64 QB-lıq versiyanın qiyməti təxminən 140 dollar təşkil edir.

 

Emil Hüseynov




Etiketlər:  Samsung şirkəti tutumlu akkumulyatora malik ucuz Galaxy M02s smartfonunu elan edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ