Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2019 13:12
PSJ-nin hücumçusu Neymar komandanın düşərgəsinə qayıdıb.
Qol.az-ın "L`Equipe" nəşrinə istinadən yaydığı xəbərə görə, dünən gecə San-Pauludan Paris uçan braziliyalı futbolçu səhər saatlarında klubun bazasına yollanıb. Onun komanda ilə birlikdə məşqlərdə iştirak etdiyi bildirilir.
Bu gün həmçinin futbolçu ilə PSJ-nin idman direktoru Leonardo arasında gecikmə məsələsinə görə iclas nəzərdə tutulub.
Qeyd edək ki, PSJ iyulun 8-də Neymarın mövsümöncəsi keçirilən ənənəvi iclasa qatılmadığını və buna görə cərimələndiyini açıqlamışdı. Futbolçunun atası isə oğlunun hələ 1 həftəlik istirahət vaxtının olduğunu bildirmişdi.