Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 19:40
Çərşənbə axşamı ABŞ-ın Corciya ştatında Senatdakı iki yer uğrunda səsvermənin ikinci raundu keçirilir. Bu səsvermənin nəticələri ABŞ Senatına Respublikaçılar və ya Demokratların nəzarət edəcəyini müəyyən edəcək.
Respublikaçı senator Deyvid Perdu televiziyada sənədli film prodüseri olan Demokrat namizəd Con Ossof ilə mübarizə aparır. Ölkənin ən zəngin qanunvericilərindən olan Respublikaçı senator Kelli Loeffler isə baptist rahib Rafael Vornokla yarışır.
Seçki günündən öncə rəy sorğuları iki Demokratın kiçik səs fərqi ilə öndə olduqlarını göstərir. Bu dörd namizəddən heç biri noyabrda keçirilən seçkinin ilk raundunda səslərin çoxuduğu əldə etmədiyi üçün səsvermənin ikinci raundu keçirilir.
Seçici fəallığının olduqca yüksək olacağı gözlənilir. Belə ki, erkən seçkidə artəq 3 milyon səs verilib. Noyabr seçkisində Corciyada 5 milyon insan seşkidə iştirak etmişdi, lakin ikinci raundda artıq noybarda səs verməyən 100,000 insan erkən səs verib.
Səslər nə zaman hesablanacaq?
Erkən səslər çərşənbə axşamı hesablanmağa başlayacaq və qaliblərin rəsmi olaraq seçki günü axşam saatlarında bəlli olacağı gözlənilir.
Rəsmilər deyir ki, erkən səvermə fəallığı prezident seçilən Demokrat Co Baydenin noybar ayında qalib gəldiyi rayonlarda yüksək olub, lakin Respublikaçılar çərşənbə günü seçici fəallığının onların xeyrinə olacağını deyirlər.
Noyabr ayında Corciyada bənzər mənzərə olmuşdu. Belə ki, Demokratlar daha çox erkən səsvermə yolu ilə səs vermişdilər, Respublikaçılar isə seçki günündə seçki məntəqələrinə yollanmışdılar. Erkən səsləri hesablamaq daha uzun vaxt aldığı üçün, seçki günündə Donald Trampın öndə olduğu düşünülsə də, o həmin ştatda məğlub oldu.
İndi Senata kim nəzarət edir?
Hazırda Respublikaçılar 50-48 səs fərqi ilə çoxluq təşkil edilər. Çərşənbə axşamı Respublikaçıların səsvermələrdən birində belə qalib gəlməsi ilə partiya Senata nəzarət etməyə davam edəcək.
Əgər Vornok və Ossoff ikisi də qalib gəlsə, Senatda 50-50-ə bərabərlik yaranacaq. Bu isə vitse-prezident seçilən Kamala Harrisə komitələrin təşkili və qanunvericilik gündəminə nəzarət kimi məsələlərdə Demokratalrın xeyrinə səs verərək bərabərliyi pozmaq imkanı verəcək.
Respublikaçıların Senata nəzarəti isə Baydenin növbəti iki ildə qanunvericilik gündəmini həyata keçirməsini çətinləşdirəcək və sağlamlıq sığortası, immiqrasiyaya nəzarət və iqlim nizamlamaları kimi məsələlərdə geniş müzakirələrin aparılmasına səbəb olacaq.
Bazar ertəsi nümayişlər keçiriləcək
Həm Bayden həm də Prezident Donald Tramp seçicilərə təsir göstərmək məqsədilə bazar ertəsi Corciyada mitinq keçirəcək.
"Güc sizin əlinizdədir," Bayden deyib. "Mənim karyeram boyu şahid olmadığım bir haldır ki, bir ştat təkcə növbəti dörd il deyil, növbəti nəsil üçün gedişatı dəyişə bilər."
O deyib ki, corciyalılar noyabr ayında prezident seçkisində rekord fəallıq göstəriblər və nəticədə o, cüzi fərq ilə ştatda qalib gəlib. "İndi bizim sizin yenidən rekord dərəcədə fəal olmağınıza ehtiyacımız var," o söyləyib.
Donald TrampTramp bazar ertəsi ştatın şimal hissəsində Respublikaçıların çoxluq təşkil etdiyi Dalton anklavında mitinq keçirib və tərəfdarların bu seçkinin "sevidiyimiz Amerikanı qurtarmaq üçün son şans" ola biləcəyini deyib.
"Ultra-sol ölkəmizi dağırmaq, tariximizi məhv etmək və əziz gördüyümüz hər şeyi silmək istəyir," Tramp deyib. Bu, həyatınızın sonunadək iştirak etdiyiniz ən mühüm seçki ola bilər," o əlavə edib.