Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

CİES ən bahalı futbolçuları açıqladı

CİES ən bahalı futbolçuları açıqladı

Tarix: 6 Yanvar 2021 15:14

CİES futbol observatoriyası dünyanın ən bahalı futbolçularının siyahısını açıqlayıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, mərkəzin araşdırmalarına əsasən transfer qiyməti ən yüksək olan futbolçu Markus Reşforddur.

"Mançester Yunayted"in hücumçusunun dəyəri 165,6 milyon avro qiymətləndirilir. Dortmund "Borussiya"sının forvardı Erlinq Halandın qiyməti 152 milyon avroyadır.

O, "Liverpul"un müdafiəçisi Trent Aleksader-Arnoldu cəmi 400 min qabaqlayıb. "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeşin dəyəri 151,1 milyondur.

İlk "beşliy"i Killian Mbappe qapayır. PSJ-nin ulduzunun transfer qiyməti 149,4 milyona bərabərdir.

Milli.Az


Etiketlər:  CİES bahalı futbolçuları açıqladı


RƏYLƏR