Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazi atanın şəhid oğlu - Hərbi həkim Rza Məmmədov - VİDEO

Qazi atanın şəhid oğlu  - Hərbi həkim Rza Məmmədov - VİDEO

Tarix: 7 Yanvar 2021 12:56

Ölümündən əvvəl sanki şəhid olacağını bilirmiş kimi şəhidlərə aid mahnı oxuyub. Yaralı hərbçilərin dərdinə dərman olsa da, öz yarasına dəva tapmayıb. Vətən müharibəsində şəhid olan hərbi həkim Rza Məmmədovu gəlin birlikdə tanıyaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, özü birinci Qarabağ müharibəsində iştirak edərək qazi oldu, övladı isə 44 günlük vətən müharibəsində şəhidlik zirvəsinə ucaldı. Söhbət İsmayıllı rayonunda yaşayan Məmmədovlar ailəsinin qəhrəman ata və oğlundan gedir.

Ailə başçısı Əsgər Məmmədov 1-ci Qarabağ müharibəsində qəhrəmancasına vuruşub. Müxtəlif istiqamətlərdə gedən döyüşlərdə iştirak edən Əsgər bəy evinə qazi kimi dönüb. Övladı Rza da bundan təsirlənərək atasının yoluynan getməyi özünə borc bilib.

Rza evin tək oğul övladı olub. Müharibə başlayan kimi uşaqlıqdan xəyalını qurduğu arzusunun ardınca gedir.O döyüşlərdə əsgərlərə tibbi xidmət göstərirmiş.Füzuli istiqamətində davam edən hərbi əməliyyatlarda yaralanan əsgərlərə köməklik göstərərkən mənfur düşmənin açdığı atəş nəticəsində Rza qəhramancasına şəhid olur

Rza yaralı hərbçi yoldaşlarının həyatını xilas etmək üçün öz həyatını təhlükəyə atıb. Onların canını xilas etsə də, özü vətən uğrunda şəhid olub. O, ölümündən əvvəl ailəsinə məktub da yazıbmış

Qeyd edək ki, Rza Məmmədov ölümündən sonra ''Vətən uğrunda'', ''Füzulinin azad olunmasına görə'' və ''İgidliyə görə'' medalları ilə təltif edilib

Milli.Az


Etiketlər:  Qazi atanın şəhid oğlu Hərbi həkim Rza Məmmədov VİDEO


RƏYLƏR