Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 13:04
Bakı. Orxan Nəbiyev - Trend:
Yerevanda hərbi xidmətə çağırılan əsgərlərin valideynləri etiraz aksiyası keçirib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, valideynlər övladlarının Qarabağa aparılmamasını tələb edib.
Etirazçılar yolların təhlükəli olduğunu və əsgərlərin Qarabağa çata biləcəyinin təminatının olmadığını deyib.
Onlar Müdafiə Nazirliyinin rəsmilərindən çağırışçıların Qarabağa aparılmayacağı barədə açıqlama verilməsini də tələb edib.