Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Twitter'' Trampın səhifəsini bağladı

''Twitter'' Trampın səhifəsini bağladı

Tarix: 9 Yanvar 2021 06:48

Bakı. Trend:

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi şiddətə səbəb ola biləcəyindən narahat olduğu üçün ABŞ-ın hazırkı prezidenti Donald Trampın şəxsi hesabına girişi daimi əsasda bağlayıb.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə şəbəkə rəhbərliyinin açıqlamasında deyilir.

Qeyd edilir ki, "şiddətə yeni təhrik etmə təhlükəsi səbəbindən hesab daimi olaraq dayandırılıb". Qərar Amerika liderinin "hesabındakı son mesajları diqqətlə nəzərdən keçirilməsindən" sonra verilib. Hazırda Trampın hesabına giriş yoxdur.

Respublikaçı prezident həmçinin "Twitter"ə alternativ platforma yaratmaq imkanını açıqlayıb. Tramp müvafiq mesajı ABŞ prezidentinin rəsmi "Twitter" səhifəsində yerləşdirib.


Etiketlər:  Twitter Trampın səhifəsini bağladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ