Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Hokkey Liqasının Kanada klublarına yeni mövsümdə oyunlara icazə verildi

Milli Hokkey Liqasının Kanada klublarına yeni mövsümdə oyunlara icazə verildi

Tarix: 9 Yanvar 2021 08:24

Bakı. Trend6

Milli Hokkey Liqasının (NHL) "Vinnipeq" klubu Manitoba əyalət rəhbərliyindən yeni mövsüm oyunları üçün rəsmi icazə alan son Kanada klubu oldu.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "CBC" telekanalı məlumat verib.

Məlumata görə, müvafiq fərman yerli Səhiyyə Nazirliyi tərəfindən verilib. Beləliklə, bütün Kanada NHL klubları artıq yeni mövsümün oyunlarına çıxa bilərlər.

25 dekabrda NHL-ın mətbuat xidməti Kanada rəhbərliyi ilə razılaşmalara görə ölkədəki klubların yeni mövsümdə ev arenalarında oynaya biləcəyini açıqladı, lakin o zaman Kanada bölgələri tam olaraq bunu təsdiqləmədilər.

Yeni NHL mövsümü 13 yanvarda başlayacaq, komandalar bu çempionatda 82 deyil, 56 matç keçirəcək.16 komanda pley-offa çıxacaq, Stenli Kuboku ənənəvi formatda keçiriləcək. Kanada ilə ABŞ arasındakı sərhədin bağlanması və pandemiyada qarşılaşma iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyi səbəbindən səfərlərin sayını minimuma endirmək üçün divizionların tərkibinin dəyişdirilməsinə və bölgədaxili qarşılaşmalar rejiminə keçilməsinə qərar verilib.

Kanada komandaları bu mövsüm üçün xüsusi olaraq yaradılan Şimal Divizionunu təmsil edirlər. Divizionda "Kalqari", "Edmonton", "Monreal", "Ottava", "Toronto", "Vankuver" və "Vinnipeq" oynayacaq. Yeni NHL mövsümünün açılış günündə "Edmonton" "Vankuver"lə, "Toronto" isə "Monreal" ilə qarşılaşacaqlar.


Etiketlər:  Milli Hokkey Liqasının Kanada klublarına yeni mövsümdə oyunlara icazə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ