Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 09:56
Bakı. Orxan Nəbiyev - Trend:
Çində bu günədək 9 milyondan çox insan koronavirusa qarşı peyvəndlənib.
Trend-in məlumatına görə, bunu ölkənin Səhiyyə və Gigiyena Məsələləri üzrə Dövlət komitəsinin sədri Tszen İsin deyib.
Qeyd olunub ki, ölkədə peyvəndləmə prosesi ötən il dekabrın 15-də başlayıb. Çin hökuməti vaksinasiya üçün "Sinopharm" və "Sinovac" şirkətlərinin peyvəndlərini təsdiq edib.
Fevralın ortalarınadək 50 milyon nəfərin peyvəndlənməsi planlaşdırılır.