Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 16:08
Martın sonuna qədər İsraildə koronavirus vaksinasiyasının tamamlanması planlaşdırılır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. O, peyvəndləmənin 16 yaşından yuxarı bütün İsrail vətəndaşlarına aid olacağını bildirib.
Netanyahu kütləvi peyvəndləmənin "Pfizer" şirkəti ilə bağlanan müqavilə sayəsində mümkün olacağını deyib:
"Biz koronavirusdan sonra doğulan ilk ölkə olacağıq. Biz əhalinin bütün müvafiq qruplarını peyvəndləyirik".