Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2019 10:16
Bakı. Trend:
Çeçenistanda təyyarə qəzaya uğrayıb.
Trend-in məlumatına görə, səhər saat 8 radələrində yüngülmotorlu təyyarə qəzaya uğrayaraq yaşayış evinin üstünə düşüb. Hadisəni Rusiya Fövqəladə Hallar Xidməti təsdiq edib.
Məlumata görə, qəza nəticəsində 4 nəfər xəsarət alıb - pilot, 2 qadın və 1 azyaşlı. Yaşayış evinə ziyan dəyib.
Qəzanın başvermə səbəbi olaraq pilotun idarəetməni itirməsi qeyd edilir, başqa detallar açıqlanmır. Araşdırma başlayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin