Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu oyun təxirə salınmalı idi'' - Zidan

''Bu oyun təxirə salınmalı idi'' - Zidan

Tarix: 10 Yanvar 2021 14:38

"Real"ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 18-ci turunda "Osasuna" ilə qolsuz bərabərə qaldıqları səfər oyununu şərh edib.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, o deyib ki, pis hava şəraitinə görə bu görüş təxirə salınmalı idi:

"Pis iş gördük, amma belə bir meydanda əlimizdən gələni etdik. Bu, futbol deyildi. Madridə nə vaxt qayıdacağımızı da bilmirik.  Bu matç təxirə salınmalı idi, amma artıq gecdir. Oyun üçün şərtlər uyğun deyildi".

Xatırladaq ki, İspaniyada qar fırtınası səbəbindən matçın keçirildiyi yerə ciddi ziyan dəymişdi.


Etiketlər:  oyun təxirə salınmalı Zidan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ