Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə vaksinasiya tam sürətlə gedir

Bu ölkədə vaksinasiya tam sürətlə gedir

Tarix: 11 Yanvar 2021 04:32

Bu həftə çərşənbə axşamı Macarıstan Pfizer-BioNTech COVID-19 vaksininin növbəti partiyasını əldə etməyi gözləyir ki, bu da ən azı 39 min insanı vaksinasiya etmək üçün kifayət edəcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə pandemiya ilə mübarizəyə cavab verən operativ orqanın keçirdiyi onlayn mətbuat konfransı zamanı ölkənin baş həkimi Sesiliya Müller deyib. Onun sözlərinə görə, Pfizer ilə yanaşı Macarıstan gələn həftə ABŞ-ın "Moderna" vaksinin kiçik partiyasını da alacaq.

Müller bu günə olan məlumata görə Macarıstanda 42 min 549 tibb işçisinin artıq vaksinasiyadan keçdiyini, ölkənin dörd ən böyük qocalar evində isə vaksinasiyanın tam sürətlə getdiyini bildirərək əlavə edib ki, bu istirahət günlərində əyalətlərdə olan qocalar evləri də peyvəndlə təmin olunacaq.

"Virusa qarşı həssas olan insanlar üçün ən qısa müddətdə vaksin əldə etməyə çalışırıq", - deyə o, söyləyib. Müller, həmçinin ölkədə xəstələnənlərin sayının artması ilə bağlı narahatlığını bildirib. O, Macarıstanın 19 milyon dozadan çox vaksin sifariş verdiyini bildirib.


Etiketlər:  ölkədə vaksinasiya sürətlə gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ