Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2021 20:02
Gürcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının sədri vəzifəsinə parlamentin sabiq sədri İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə partiyanın Baş katibi Kaxa Kaladze partiyanın Siyasi şurasının iclasından sonra açıqlamasında bildirib.
Onun sözlərinə görə, yanvarın 16-da partiyanın konqresi keçiriləcək və konqres partiyanın yeni sədrini seçəcək.
Qeyd edək ki, bu gün hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasınınn təsisçisi və sədri, milyarder Bidzina İvanişvili siyasətdən getdiyini açıqlayıb. O partiya sədrliyindən və partiyaya üzvlükdən istefa verib.
Xatırladaq ki, Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının sədri, milyarder Bidzina İvanişvili siyasəti tərk etdiyini açıqlayıb.