Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kanada koronavirusa qarşı əlavə 20 milyon doza "Pfizer" vaksini alacaq

Kanada koronavirusa qarşı əlavə 20 milyon doza

Tarix: 12 Yanvar 2021 22:36

Bakı. Trend:

Kanada koronavirusa qarşı əlavə 20 milyon doza "Pfizer" şirkətinin vaksinini alacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Kanadanın baş naziri Castin Trüdo jurnalistlərə açıqlamasında deyib.

C.Trüdo bildirib: "20 milyon doza daha çox koronavirus vaksini almaq üçün "Pfizer" ilə razılığa gəldik".

Onun sözlərinə görə, 20 milyon əlavə vaksini Kanada təxminən aprel-may aylarında alacaq və ümumilikdə, Kanadanın 2021-ci ildə fərqli istehsalçılardan 80 milyon doza COVID-19 vaksini alacağı gözlənilir.


Etiketlər:  Kanada koronavirusa qarşı əlavə 20 milyon doza Pfizer vaksini alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ