Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tikinti sektorunda yenilik - Türkiyə modelinə keçirik - VİDEO

Tikinti sektorunda yenilik - Türkiyə modelinə keçirik - VİDEO

Tarix: 13 Yanvar 2021 12:30

Nazirlər Kabineti tikinti sektorunda şəffaflığın təmin olunması üçün qərar qəbul edib. Yeni qərarla dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sistemi təkmilləşdirilir. Azərbaycan ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün 2021-ci il oktyabrın 1-dən daha dəqiq hesab olunan resurs metodu tətbiq ediləcək .bu isə izafi xərclərin yaranmasının qarşsını alacaq.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, dövlət vəsaiti hesabına həyata keçirilən tikinti işlərində vəsaitin daha effektiv və məqsədyönlü xərclənməsi üçün yeni mexanizm hazırlanır.

Nazirlər Kabinetinin 2021-ci il 9 yanvar tarixli Qərarı ilə oktyabrın 1-dən smeta-normativ və qiymətqoyma sistemi yeni qayda ilə tətbiq ediləcək.

Yeni Qərarda dövlət vəsaiti hesabına tikilən obyektlərin dəyərinin müəyyənləşməsində yeniliklər nəzərdə tutulub. Yəni dövlət tərəfindən yol infrastrukturu, kommunikasiya xətləri, məktəblər, xəstəxanalar, inzibati binalar və digər tikililər inşa olunmadan öncə onların qiymətinin hesablanmasında yeni və daha dəqiq metodika tətbiq olunacaq.

Yeni sistemin dövlətə faydası olmaqla yanaşı, tikinti şirkətlərinə və inşaat materiallarının istehsalçılarına da müsbət təsiri olacaq. Dövlət tikinti layihələrinin satınalmalarında iştirak etmək istəyən şirkətlər tenderə qoşulmazdan öncə ictimaiyyət üçün açıq olan dövlətin müəyyən etdiyi qiymətləri görə biləcək və təkliflərini buna görə müəyyənləşdirəcəklər. Misal üçün, dövlət əgər hər hansı bir iş və ya material üçün 100 manat nəzərdə tutubsa, şirkət bunu görəcək xidmət üçün təklif etdiyi qiyməti 100 manadan aşağı edəcək ki, təklifi keçərli olsun. Bu rəqabətin yaranmasına və dövlət layihələrinin qiymətinin aşağı düşməsinə səbəb olacaq. Qonşu Türkiyədə də tətbiq edilən bu üsul "Resurs metodu" adlanır.

Təklif olunan həllər Qarabağın yenidən qurulması zamanı da öz töhfəsini verəcək. Belə ki, smetalarla bağlı normaların yenilənməsi xarici tikinti şirkətlərinin dövlət layihələrində iştirakını asanlaşdıracaq və rəqabəti gücləndirəcək.

Nazirlər Kabineti tərəfindən qəbul olunan yeni Qərarla nizamlanacaq işlər təkmilləşmə işlərinin bir hissəsini təşkil edir və proses davam edəcək.


Etiketlər:  Tikinti sektorunda yenilik Türkiyə modelinə keçirik VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ