Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlkin mərhələdə qan testi koronavirusun dəqiq analizi deyil - Akif Qurbanov

İlkin mərhələdə qan testi koronavirusun dəqiq analizi deyil - Akif Qurbanov

Tarix: 13 Yanvar 2021 13:21

Bakı. İlhamə İsabalayeva – Trend:

Biz qan testi vasitəsilə yalnız koronavirus xəstəliyini keçirib-keçirmədiyimiz barədə məlumat ala bilərik.

Bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, seroloji test yoluxmadan 1 həftə sonra müsbət olmağa başlayır. Kimsə xəstəlik yeni başlandıqda qan analizi verərsə, onda COVİD-19-a qarşı anticisimlər aşkarlanmayacaq:

“Bu, səhv nəticə olacaq. Seroloji testin analizi xəstəlik başlayandan bir həftə sonra müsbət olmağa başlayır. Xəstəliyin dəqiq analizini yaxma nümunəsindən PSR üsulu ilə aparılan müayinə nəticəsində əldə etmək olar”.


Etiketlər:  İlkin mərhələdə testi koronavirusun dəqiq analizi deyil Akif Qurbanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ