Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 11:00
Türkiyənin Bitlis şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı daha 3 terrorçu zərərsizləşdirilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, onlardan biri "Poyraz Bulanık" kod adlı terrorçu Qurban Pəhlivandır.
O, 2017-ci ildə iki polis əməkdaşının qətlini təşkil edənlər arasında olub və "narıncı bülleten"lə axtarılanlar siyahısındadır.
Həmçinin, sözügedən terrorçunu tapan şəxsə 1 milyon TL (230 min 600 AZN) mükafat veriləcəyi qeyd olunmuşdu.