Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 12:06
Bakı. Trend:
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur zabit və əsgərlərimiz ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında əsl qəhrəmanlıq nümayiş etdirmiş və torpaqlarımızı düşməndən tamamilə təmizləmişdir.
Ərazi bütövlüyümüzün bərpası ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək vermək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılmış YAŞAT Fonduna Qazax Sement Zavodu MMC 100 000 (yüz min) manat və Akkord STİK ASC 100 000 (yüz min) manat məbləğində vəsait köçürmüşdür.
Qeyd edək ki, 01 dekabr 2020-ci il tarixindən etibarən “Qazax Sement Zavodu” MMC-nin İdarə Heyətinin Sədri Cəmiyyətin Müşahidə Şurasının Sədri, həmçinin ”Akkord STİK” ASC-nin Baş İcraçı Direktoru vəzifələrinə təyin edilmişdir.
“Akkord STİK” ASC və “Qazax Sement Zavodu” MMC birgə fəaliyyət göstərək istehsalat və tikinti sektorunun vahid koordinasiyası ilə effektivliyin artırılması, kadr potensialının daha səmərəli istifadəsinə nail olmağı hədəfləmişdir. Hazırda “Akkord STİK” ASC Respublikanın müxtəlif regionlarında nəhəng su-kanalizasiya və avtomobil yollarının tikintisi layihələrini reallaşdırır, “Qazax Sement Zavodu” MMC isə sement-klinker və beton istehsalı sahəsində fəaliyyət göstərir. Cəmiyyətlər vahid “Akkord” brendi ilə fəaliyyət göstərərək, Respublikada sement, beton istehsalı, eyni zamanda tikinti sektorunun aparıcı qüvvəsi olmaqla ölkənin sosial-iqtisadi inkişafına və milli rifahına öz töhfəsini verəcəkdir. Cəmiyyərlərin birgə fəaliyyəti işğaldan azad edilən regionların bərpası işlərinə aid keçiriləcək tenderlərdə sement, beton materiallarının təchizi və infrastruktur – tikinti layihələrində fəal iştirak etməsində böyük imkanlar yaradacaq.