Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST beynəlxalq səfərlər üçün peyvənd pasportuna qarşıdır

ÜST beynəlxalq səfərlər üçün peyvənd pasportuna qarşıdır

Tarix: 16 Yanvar 2021 12:14

İsveçrənin Cenevrə şəhərində növbəti iclasını keçirən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar komitəsi beynəlxalq səfərlər üçün peyvənd pasportuna qarşı çıxıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, komitə hələlik belə bir sənədin beynəlxalq səfərlər üçün məcburi olmasına dair tövsiyə verə bilmir. Çünki peyvənd maddələrinin təsir gücünə dair bir çox açıq sualın olması, eləcə də bazarlarda yetərincə peyvənd dozasının yoxluğu və digər məsələlər belə sərt tələbi mümkünsüz edir.

Bundan başqa, komitə koronavirusun son dövrlərdə aşkarlanan yeni variantları ilə bağlı virusun genetik kodlarının diqqətlə araşdırılmasına çağırış edib. Bildirilib ki, yüksək yoluxuculuq qabiliyyətinə malik yeni ştammların daha yaxşı tədqiq edilməsi üçün beynəlxalq səviyyədə elmi əməkdaşlıq gücləndirilməli və nəticələr tədqiqatçılar arasında mübadilə edilməlidir.

Qeyd edək ki, ötən həftələrdə koronavirusun yeni variantlarının aşkarlanması və indiyədək 50-dən artıq ölkədə onlara rast gəlinməsi komitənin iclasının daha erkən keçirilməsinə səbəb olub


Etiketlər:  ÜST beynəlxalq səfərlər üçün peyvənd pasportuna qarşıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ