Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2021 13:48
F-35 hərbi təyyarələrinin tam həcmdə seriya istehsalına başlamamasının ən böyük səbəblərindən biri 2017-ci ildən bəri fasiləsiz olaraq təxirə salınan hərbi təlimlərdir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə türkiyəli hərbi ekspert Anıl Şahin çıxış edib.
"Təyyarə bu sınaqlardan keçməlidir ki, istifadəçilər də kütləvi istehsala "hə" deyə bilsinlər. Ancaq həm maddi, həm texniki problemlər, həmçinin COVİD-19 epidemiyası səbəbindən təxminən 4 ilə yaxındır sınaqlar təxirə salınır", - A.Şahin qeyd edib.
Qeyd edək ki, Pentaqon F-35-də təyyarənin döyüş hazırlığına mənfi təsir göstərən təxminən 900 qüsur olduğunu açıqlamışdı.