Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2021 16:22
"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Solşer Premyer Liqanın 19-cu turunda "Liverpul"la mərkəzi oyun öncəsi fikirlərini bildirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, matçdan əvvəl deyib:
"Yenidənqurma oyunçuların, azarkeşlərin, klub işçilərinin və hər kəsin etdikləri zəhmətin nəticəsidir. Ancaq Kilimancaro, ya da Everest zirvəsinə dırmaşarsan, sonra orada oturub rahatlaşsan, donub öləcəksən. Beləliklə, indi davam etmək vaxtıdır".
Qeyd edək ki, "Liverpul" - "Mançester Yunayted" görüşü bu gün Bakı vaxtı ilə 20:30-da başlayacaq. Hazırda qonaq komanda turnir cədvəlində 36 xalla 1-ci, meydan sahibləri 33 xalla 3-cü pillədə qərarlaşıb.