Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2021 13:36
Avropa çempionatı pandemiya dönəmini uğurlu idarə edən bir ölkədə keçirilməlidir.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts AVRO-2020-nin gələcək taleyi ilə bağlı danışarkən deyib.
75 yaşlı mütəxəssis koronavirus pandemiyasının dünyanı əhatə etdiyi bir vaxtda qitə birinciliyinin təşkilini uğurlu addım saymır. Almaniyalının fikrincə, AVRO-2020 yenidən təxirə salınmalıdır: "Turnirin taleyi ilə bağlı hələ heç kim UEFA-dan dəqiq məlumat almayıb. Bu da məni heyrətə gətirir. Millidə işləmiş məşqçi kimi UEFA-ya müraciət edirəm: Avropa çempionatını təxirə salın. Yekun qərarınızı indi verin. Əks təqdirdə, sonra çox gec olacaq. UEFA-nın turniri iyuna salma qərarı əsl dəlilikdir. Yarışı dekabrın ortalarına qədər təxirə salmaq lazımdır. Ümid edirəm ki, o vaxta qədər tribunalara daha çox azarkeş buraxılar".
Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan millisini çalışdırıb.