Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"WhatsApp", "Instagram" və "Facebook" yenə çökdü

Tarix: 17 Iyul 2019 16:42

Bakı. Ceyhun Ələkbərov - Trend:

"Instagram" və "Facebook" sosial şəbəkəsinin işində problem müşahidə olunur.

Trend-in məlumatına görə, problem bir sıra Avropa ölkələrində, eləcə də Rusiyada müşahidə olunur. Qeyd edilir ki, istifadəçilər şəbəkələrə daxil ola bilmirlər.

Bundan başqa, "WhatsApp" proqramında səs fayllarının və fotoşəkillərin göndərilməsi zamanı qüsurlar da qeydə alınır.

Eyni problem hazırda Azərbaycanda da müşahidə edilir.


Etiketlər:  WhatsApp Instagram Facebook yenə çökdü


RƏYLƏR