Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Levandovski Şvartsneqqere oxşayır" - Rummenigge

Tarix: 17 Iyul 2019 17:20

"Bavariya"nın İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge Robert Levandovski haqda maraqlı fikirlər səsləndirib.

Qol.az-ın "Bild" nəşrinə istinadən yaydığı xəbərə görə, futbol funksioneri polşalı hücumçunu tanınmış aktyor və bodibildinqçi Arnold Şvartsneqqerə bənzədib:

"Roberto "Bavariya"da özünü rahat hiss edir. Buradakı inkişafından razıdır. Onun çıxışına, bədəninə fikir verin. Hələ uzun illər bu səviyyədə oynamağa qadirdir. Belə futbolçunu buraxmaq olmaz. Onun bədəni Şvartsneqqerdəki kimidir".

Qeyd edək ki, Levandovski 2014-cü ilin yayından "Bavariya"da çıxış edir.



 


Etiketlər:  Levandovski Şvartsneqqere oxşayır Rummenigge


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ