Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sudanda 120-dən çox insan millətlərarası qarşıdurmanın qurbanı oldu

Sudanda 120-dən çox insan millətlərarası qarşıdurmanın qurbanı oldu

Tarix: 19 Yanvar 2021 06:24

Bakı. Trend:

120-dən çox insan Sudanın Qərbi Darfur vilayətinin paytaxtı Əl-Qeneyna şəhərində millətlərarası qarşıdurmanın qurbanı oldu.

Trend-in məlumatına görə, bu barədə Al Jazeera telekanalı xəbər verib.

Bildirilib ki, göstərilən vilayət həkimlərinin həmkarlar ittifaqının məlumata görə, ötən şənbə günü başlayan qarşıdurmalar nəticəsində 129 nəfər öldü, 198 nəfər yaralandı.

Qərbi Darfur vilayətinin qubernatoru Məhəmməd əd-Dum "şəhərdə təhlükəsizlik baxımından vəziyyətinin çətin olduğunu" deyib. Qubernator Sudan ordusunun 75 maşınının sabitliyi bərpa etmək üçün vilayətə gəldiyini və daha 50 maşının gəlməsinin gözlənildiyini də qeyd etdi.


Etiketlər:  Sudanda dən çox insan millətlərarası qarşıdurmanın qurbanı oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ