Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“HTC” şirkəti “5G” şəbəkələrində işləyən yeni smartfonunu təqdim edib

“HTC” şirkəti “5G” şəbəkələrində işləyən yeni smartfonunu təqdim edib

Tarix: 19 Yanvar 2021 21:24

Tayvanın "HTC" şirkəti beşinci nəsil mobil şəbəkələrində işləyə bilən "Desire 21 Pro 5G" adlı müasir smartfonunu təqdim edib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "HTC Desire 21 Pro 5G" smartfonunda ekranın diaqonalı 6,7 düym, təsvir ölçüsü 2400x1800 piksel təşkil edir. IPS panel təsviri 90 hers tezliklə yeniləyə bilir.

Smartfon "Qualcomm Snapdragon 690" prosessoru ilə təchiz edilib. Bu, 2 QHs maksimal takt tezliyində işləyən 8 nüvəli platformadır. Prosessor "Snapdragon X51 5G" modeminə malikdir. Əməli yaddaş tutumu 8 QB, daxili yaddaş tutumu isə 128 QB-dır. Sonuncu yaddaş kartının köməyi ilə artırıla bilər.

Model 48 mp təsvir ölçülü əsas sensora malik kvadrokamera ilə təchiz edilib. Bundan başqa, 8 mp-lik supergenişbucaqlı sensor, dərinlik və makroçəkiliş üçün sensorlar var. Selfi sensorun təsvir ölçüsü 16 mp-dir.

Smartfonun qiyməti 430 dollardır.


Etiketlər:  şirkəti şəbəkələrində işləyən yeni smartfonunu təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ