Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“TikTok” uşaqlar üçün qaydaları dəyişdirib

“TikTok” uşaqlar üçün qaydaları dəyişdirib

Tarix: 19 Yanvar 2021 22:24

"TikTok" qısamüddətli video xidmətinin administrasiyası yaşı 18-dən az olan istifadəçilər üçün bir sıra məhdudiyyətlər tətbiq edib. İndi yaşı 13-dən 15-dək olan uşaqların hesabları avtomatik məxfi olur - yalnız təsdiq edilmiş abunəçilər onlara baxa bilər, yaşı 16-dan az olan şəxslər tərəfindən yerləşdirilmiş çarxlara isə yalnız "dostlar" şərh yaza bilərlər. Digər şəxslər üçün uşağın hesabına giriş bağlı olacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bundan başqa 13-15 yaşlı istifadəçilər üçün "öz hesabını başqa şəxslərə təklif etmək" seçimi başlanğıc ayar kimi deaktiv ediləcək. Belə hesablar üçün "Duet and Stitch" funksiyası, həmçinin videonun yüklənməsi əlçatmaz olacaq.

16-17 yaşlı yeniyetmələr üçün "Duet and Stitch" seçimi yalnız "dostlar" üçün açıq qalacaq.

2020-ci ildə "TikTok"un tərtibatçıları "Ailə Təhlükəsizlik Rejimi"ni (Family Safety Mode) əlavə ediblər. Bu rejim valideynlərə öz uşaqları üçün arzuolunmaz məzmunu gizlətməyə, məhdudlaşdırmağa və ya şəxsi mesajları tamamilə deaktiv etməyə imkan verir.

Milli.Az


Etiketlər:  TikTok uşaqlar üçün qaydaları dəyişdirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ