Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2019 00:08
Bakı. Trend:
Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması onun F-35 proqramında iştirakını mümkünsüz edir.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat katibi Stefani Qrişemin bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Təəssüf ki, Türkiyənin Rusiyanın S-400 zenit-raket komplekslərini almaq qərarı onun F-35 proqramında iştirakını mümkünsüz edir. F-35 kəşfiyyat məlumatların toplanması üzrə Rusiya platforması ilə birlikdə mövcud fəaliyyət göstərə bilməz".
Bundan əlavə qeyd edilir ki, ABŞ Ankaranın S-400 komplekslərini alması ilə bağlı məhdudiyyətlər nəzərə almaqlaTürkiyə ilə hərbi sahədə əməkdaşlığını davam etdirəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin