Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bir neçə həftədir məndən bunu soruşurlar" - Lempard

Tarix: 20 Yanvar 2021 14:00

"Çelsi"nin baş məşqçisi Frank Lempard London klubundan göndəriləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis bunları deyib:

"Gələcəyimlə bağlı nəsə bilmirəm. Artıq bir neçə həftədir məndən bu barədə soruşurlar. Klub rəqabətə hazır olmadığı üçün çətin anlar yaşayacağımızı bilə-bilə komandanı çalışdırmağı qəbul etmişəm. Həmin vaxt transfer qadağamız da var idi. İndi isə yeni futbolçularımız gəlib. Bəziləri formaya düşməyə çalışır, bəziləri hələ uyğunlaşır. İndi mübarizə aparmalıyıq".

İngiltərəli mütəxəssisin ötən gün "Lester"lə keçirilən matçdan (0:2) əvvəl komandasının bu görüşdə məğlub olacağı təqdirdə London klubundan göndəriləcəyi haqda xəbərlər yayılmışdı.

Qeyd edək ki, "Çelsi" hazırda Premyer Liqanın turnir cədvəlində 29 xalla 8-cidir.

Milli.Az


Etiketlər:  Bir neçə həftədir məndən bunu soruşurlar Lempard


RƏYLƏR