Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldo ''Real''ın prezidenti ilə görüşdü

Ronaldo ''Real''ın prezidenti ilə görüşdü

Tarix: 20 Yanvar 2021 15:00

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo sabiq klubu "Real"ın prezidenti Florentino Perezlə görüşüb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, görüş Turində, "Yuventus"un bazasında olub. Lakin tərəflərin hansı məsələ ilə bağlı müzakirə apardığı məlum deyil.

Ronaldo "Yuventus"a 2018-ci ildə məhz "Real"dan keçib. 35 yaşlı hücumçunun transfer dəyəri 117 milyon avrodur. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, portuqaliyalı futbolçu bu mövsüm A seriyasında 14 matça çıxaraq, 15 qol vurub və 2 qolun ötürməsini verib.


Etiketlər:  Ronaldo Realın prezidenti ilə görüşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ