Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2021 09:46
"Ümumiyyətlə karantin rejimi iqtisadi böhrana səbəb ola biləcəyi üçün mərhələli şəkildə yumşaldılmalıdır".
Bunu Sonxeber.net-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.
İnfeksionist bildirib ki, yalnız vaksinasiya hesabına xəstəlik üzərində tam qələbə çalmaq mümkün deyil:
"Yeni yoluxmaların sayında və yaxud ölüm sayında ciddi artım müşahidə olunarsa karantin rejimi yenidən sərtləşdirilə bilər. Vaksinasiyanın başlaması hələ COVİD-19-la mübarizədə qələbə demək deyil. Koronavirusla mübarizədə 5 əsas prinsipimiz var. Bu prinsiplərdən biri aradan qaldırılarsa, pamdemiya ilə mübarizə uğursuz nəticələnə bilər. Əvvəl ilk prinsipimiz maskanın taxılması, ondan düzgün istifadə, əllərin gigiyenası, sosial məsafə (1 metrdən az olmayaraq digər şəxslərlə məsafə saxlamaq), qapalı məkanlardan mümkün qədər istifadə etməmək və ya qapalı məkanların havasını tez-tez dəyişmək (otağın havalandırılması), beşincisi və ən mühümü isə vaksinasiyadır.
Bu tədbrilərə kompleks şəkildə riayət olunması pandemiyanı sonlandıra bilər və yaxud da ki, tək-tək xəstələnmə hallarının müşahidə edilməsinə gətirib çıxara bilər ki, bu da bizim virus üzərində qələbəmiz deməkdir.
Biz mütəxəssislərin heç də vaksinasiyadan gözlədiyimiz o deyil ki, yalnız peyvəndləmə hesabına xəstəlik üzərində tam qələbə çalaq. Bizim gözlədiyimiz odur ki, yoluxma sayı azalsın və xəstəliyə yoluxanlar yüngül formada keçirsin, stansionara yatış ehtiyacı olmasın. Yəni, həm effektiv vaksinasiya, həm sadaladığım digər qorunma tədbirlərinə kompleks şəkildə riayət olunarsa, pandemiyanın sona çatması yaxın zamanda baş verə bilər. Amma pandemiyanın sonlanması da COVİD-19-un tam aradan qalxması demək deyil. Sonrakı aylarda, hətta illərdə də tək-tək yoluxma halları mütəmadi olaraq epidemiya şəklində, yaxud tək-tək yoluxma şəklində bu xəstəliyi yenə də görəcəyik".
Təhməz Əsədov