Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2021 12:50
Almaniya Bundesliqasının XVII turunda "Auqsburq"la qarşılaşan "Bavariya" 1:0 hesablı qələbə qazanıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, qarşılaşma münhenlilərin qapıçısı Manuel Noyer üçün əlamətdar olub.
13-cü dəqiqədə Robert Levandovskinin penaltidən vurduğu yeganə qolla qalib gələn "Bavariya"da kapitan qapısını toxunulmaz saxlamağı bacarıb. Bu, Noyerin Bundesliqa tarixində 196-cı "quru" oyunu olub. O, komandanın əfsanəvi qolkiperi Oliver Kana məxsus rekordu təkrarlayıb.
Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən "Bavariya"da çıxış edir.