Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2019 10:57
Bakı. İlhamə İsabalayeva - Trend:
İlkin məlumatlara görə, 2019-cu ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz artaraq 27 355,8 milyon manat təşkil edib.
Trend-in məlumatına görə, əhalinin hər nəfərinə orta hesabla 2768,6 manatlıq gəlir düşüb.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 25 131,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,7 faiz çox vəsait qalıb.
2019-cu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 583,7 manat təşkil edib.
Əməkhaqqı neft sektorunda 3168,5 manat, qeyri neft-qaz sektorunda 524,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 471,9 manat, özəl müəssisələrdə isə 730,3 manat olub.
Mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin