Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Postlardan keçməyə cəhd göstərən 2059 avtomobil geri qaytarıldı, 1 nəfər həbs edildi

Postlardan keçməyə cəhd göstərən 2059 avtomobil geri qaytarıldı, 1 nəfər həbs edildi

Tarix: 22 Yanvar 2021 10:09

Bakı. Samir Əli - Trend:

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 21-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

Eləcədə ölkə üzrə karantin rejimi qaydalarını pozan 1 nəfər barəsində inzibati həbs, 1677 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.


Etiketlər:  Postlardan keçməyə cəhd göstərən 2059 avtomobil geri qaytarıldı 1 nəfər həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ