Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2021 12:36
Qazaxıstanın Azərbaycandan pomidor idxalına tətbiq etdiyi məhdudiyyətlər müvəqqəti xarakter daşıyır.
Bu barədə Sonxeber.net-a Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, fitosanitar nəzarət keçirilən zaman Azərbaycandan idxal edilən pomidorlarda 17 halda qəhvəyi meyvə qırışı virusu aşkar edilib:
"Bununla əlaqədar olaraq müvəqqəti karantin fitosanitar tədbirləri tətbiq olunub. Bu barədə Azərbaycanın müvafiq qurumlarına bildirişlər göndərilib".
Nazirlikdən bildiriblər ki, qəhvəyi meyvə qırışı virusu badımcankimilər məhsulunun 30-70 faizinin itirilməsinə səbəb ola bilər, virusun Qazaxıstan ərazisində yayılmasının qarşısının alınması məqsədilə yanvarın 16-dan etibarən idxala məhdudiyyət tətbiq edilib.