Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub (FOTO)

Professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub (FOTO)

Tarix: 18 Iyul 2019 13:05

Bakı. Trend:

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti (ASC) İdarə Heyətinin sədri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri, tarix elmləri doktoru, professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

"Azərxalça" ASC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Vidadi Muradov bu barədə öz sosial şəbəkə hesabından paylaşım edib və ölkə başçısına minnətdarlığını bildirib.

Qeyd edək ki, V.Muradov xalçaçılıq sənətinin tarixi köklərinin öyrənilməsi, qədim ənənələrin təhlili və müqayisəsi, Azərbaycan xalçaçılığının əhali tarixi aspektində öyrənilməsi, xalça qruplarının təsnifatı prinsiplərinin təkmilləşdirilməsi, dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan milli xalçaların üzə çıxarılması və obyektiv ünvanlandırılması istiqamətində tədqiqatlar aparır. Onun rəhbərliyi ilə indiyədək “Qarabağ bölgəsinin xalçaçılıq tarixi”, “Qazax-Borçalı bölgəsinin xalçaçıları”, “Dərbənd xalçaçılığı”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik”, “Boyaqçılıq”, “Lənkəran-Astara bölgəsi: tarixi və xalçaçılığı”, Muğan, Təbriz, Bakı, İrəvan, Quba, Şirvan, Gəncəbasar bölgələrinin xalçaçılıq ənənələri və s. kimi aktual mövzularda tədqiqat işləri aparılıb.
O, respublikamızda və xarici ölkələrdə nəşr olunan 200-ədək monoqrafiyanın, dərsliyin, məqalələrin müəllifidir. Alim eyni zamanda 2011-ci ildən nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının təsisçisi və baş redaktorudur.


Etiketlər:  Professor Vidadi Muradov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı ilə təltif olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ