Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Braziliyadan uçuşları dayandırır

Türkiyə Braziliyadan uçuşları dayandırır

Tarix: 23 Yanvar 2021 09:08

Bakı. Trend:

Türkiyə koronavirusun yeni ştammına görə Braziliyadan uçuşları dayandırır.

Trend-in məlumatına görə, bu barədə Səhiyyə naziri Fahrettin Koca "Twitter" səhifəsində bildirib.

Xatırladaq ki, Türkiyə daha əvvəl ötürülə bilən mutasiya edilmiş koronavirus növü səbəbindən Böyük Britaniya, Hollandiya, Danimarka və Cənubi Afrikadan uçuşları dayandırıb.

Ankara peyvənd kampaniyasına Çinin "Sinovac" vaksinindən istifadə edərək yanvarın 14-də başlayıb, indiyədək ölkədə 1,2 milyondan çox insan koronavirusa qarşı peyvəndlənib.


Etiketlər:  Türkiyə Braziliyadan uçuşları dayandırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ