Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Atletiko"dan növbəti transfer - rəsmi

Tarix: 18 Iyul 2019 16:16

"Atletiko" heyətinə yeni futbolçu cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisi "Espanyol"un müdafiəçisi Mario Hermosonu alıb. 24 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

İspaniya mətbuatı bu transfer üçün "Atletiko"nun 25 milyon avro təzminat ödədiyini yazıb.

Qeyd edək ki, M.Hermoso 2017-ci ildən "Espanyol"da oynayırdı.

 


Etiketlər:  Atletikodan növbəti transfer rəsmi


RƏYLƏR