Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2021 13:44
Bakı. Trend6
Ötən gün 1 və 3 saylı Bakı DOST mərkəzlərində rekord sayda vətəndaş müraciəti qeydə alınıb. Gün ərzində 3 saylı Bakı DOST Mərkəzinə 1258 nəfər vətəndaş müraciət edib.
Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyindən Trend-ə verilən məlumata görə, 1 saylı Bakı DOST Mərkəzinə müraciət edən vətəndaşların sayı 1029 nəfər olub. 2 saylı Bakı DOST mərkəzinə müraciət edənlərin sayı isə 384 nəfər təşkil edib.
Müraciətlər, əsasən əlillik (9.06%), əmək münasibətləri (0.26%-i), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi (1.80%), məşğulluq (12.32%), sosial müdafiə (63.12%), bank (12.92%) və notarius xidmətləri (0.52%) ilə bağlı olub. Sosial müdafiə xidmətləri isə pensiya, sosial müavinətlər, sosial sığorta və sosial xidmət kimi sahələri əhatə edib.