Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Aşk-ı Memnu”nun çəkildiyi villa muzeyə çevrildi - FOTO

“Aşk-ı Memnu”nun çəkildiyi villa muzeyə çevrildi - FOTO

Tarix: 25 Yanvar 2021 16:56

Türkiyənin məşhur "Aşk-ı Memnu" serialının çəkildiyi tarixi villa muzeyə çevrilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Kanal D ekranlarında görünən, xəyanət, sevgi və qalmaqala "şahidlik edən" malikanədə bir neçə gündür xalça və kilimlər sərgilənməyə başlayıb.

Serial pərəstişkarları da bunu fürsət bilərək İstanbulun Sarıyer ərazisində yerləşən muzeyi ziyarət etməyə başlayıblar. Muzeyin villada fəaliyyət göstərməsini təqdir edənlərlə yanaşı tənqidi fikirlər də səsləndirənlər olub. Belə ki, bir çox mədəniyyətşünas və sosial şəbəkə istifadəçiləri mülkün muzey üçün yararsız olduğunu, sözügedən məkanın populyarlığından istifadə olunaraq belə addım atıldığını bildiriblər.

Qeyd edək ki, serial 2008-ci ildə Kanal D-də yayımlanıb. Beren Saat, Kıvanç Tatlıtuğ, Nebahat Çehre, Hazal Kaya, Selçuk Yöntem kimi ulduzların yer aldığı ekran işi Halit Ziya Uşaklıgilin əsərindən bəhrələnərək çəkilib. İki sezon, 79 bölümdən ibarət, romantik-dram janrında çəkilən serialın final səhnəsi 73,7 faiz insan tərəfindən izlənilib.

Layihə Balkan yarımadası, Latın Amerikası, Uzaq Şərq, Avropa və MDB ölkələrinə satılıb, Rumıniya və İspaniyada lisenziyalı şəkildə yenidən çəkilərək yayımlanıb.


Etiketlər:  Aşk Memnunun çəkildiyi villa muzeyə çevrildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ