Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən il Energetika Nazirliyinin Çağrı Mərkəzinə 2566 müraciət daxil olub

Ötən il Energetika Nazirliyinin Çağrı Mərkəzinə 2566 müraciət daxil olub

Tarix: 26 Yanvar 2021 09:52

Bakı. Trend:

2020-ci ilin IV rübündə vətəndaş müraciətləri ilə bağlı Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i tərəfindən 733 zəng qəbul edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, daxil olan zənglərin 359-u elektrik enerjisi təchizatı, 147-i qaz təchizatı, 43-ü sayğaclaşdırma, 30-u mərkəzi istilik sistemi, 117-i isə digər məsələlərlə bağlı olub. Zənglərin 36-nı təşəkkür xarakterli, 1-ni isə Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər təşkil edib.

Ümumilikdə isə 2020-ci il ərzində vətəndaş müraciətləri ilə bağlı Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i tərəfindən 2566 zəng qəbul edilib. Bu zənglərin 1468-i elektrik enerjisi təchizatı, 302-i qaz təchizatı, 180-i elektrik və qaz sayğaclarının quraşdırılması, 37-i mərkəzi istilik sistemi, 377-i isə digər məsələlərlə bağlı olub. Zənglərin 176-nı təşəkkür xarakterli, 26-nı isə Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər təşkil edib.

Hesabat dövründə daxil olan bütün zənglər çevik şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər operativ şəkildə aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, xüsusi karantin rejiminin davam etdiyi müddət ərzində vətəndaşlar müraciətlərini (012) 598-16-53/54 telefon nömrələri, (012) “974” “Çağrı mərkəzi”, 598-16-55 “Qaynar xətt”i, [email protected] elektron poçt ünvanı, www.minenergy.gov.az internet səhifəsi vasitəsilə Energetika Nazirliyinə ünvanlaya bilərlər


Etiketlər:  Ötən Energetika Nazirliyinin Çağrı Mərkəzinə 2566 müraciət daxil olub


RƏYLƏR