Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2021 06:24
Bakı. Trend:
2021-ci il 25-26 Yanvar tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Tovuz rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 9 (doqquz) müraciət daxil olub.
ANAMA-dan Trend-ə verilən məlumata görə, daxil olmuş 9 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 10 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 174 ədəd partlamamış hərbi sursat (PHS), 38 ədəd piyada əleyhinə mina, 26 ədəd tank əleyhinə mina, 1 ədəd bombacıq, 12 889 ədəd müxtəlif çaplı patronlar və 13 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 890 780 kv.m (1 389 ha) ərazi yoxlanılmış, 118 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilmiş, 291 tikili yoxlanılıb.
Agentliyin partlayış qrupu tərəfindən 246 ədəd partlamamış hərbi sursat (PHS) və 396 ədəd mina zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 97 398 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.