Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Belə pandemiyaların sonu vaksinasiya ilə bitib"

Tarix: 27 Yanvar 2021 11:24

Bildiyiniz kimi bizdə də artıq vaksinasiya prosesi başlayıb. Bu, amma təhlükənin sovuşmağı demək deyil.

Bunu Milli.Az-a TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü, infeksionist Süleyman Kamilov deyib.

İnfeksionist bildirib ki, COVİD-dən xilas olmaq üçün vaksinasiya ölkə əhalisinin 60-65%-i üzərində aparılmalıdır:

"Vaksinasiya prosesi COVİD-dən tam xilas olmağımız demək deyil. Vaksin bizi koronavirusdan təxminən 70% qoruyacaq. Amma hələ əlimizdə dəqiq nəticələr yoxdur.

Vaksin pandemiyadan xilas üçün atılan addımlardan ən vacibidir. Onun effektivliyinə isə təsir edəcək hansısa amil, hansısa bir vərdiş yoxdur. Hər zaman yayılan belə pandemiyaların sonu vaksinasiya ilə bitib. 

Hələ ölkədə risk qrupuna daxil olan şəxslərin bəzilərinə vaksinin birinci dozu vurulur, hələ ikinci doz da vurulmalıdır. COVİD-dən xilas olmaq üçün bu proses ölkə əhalisinin 60-65%-i üzərində aparılmalıdır ki, koronavirusdan xilas olacağımızı düşünək".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Belə pandemiyaların sonu vaksinasiya ilə bitib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ