Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məktəblərdə bufet olmayacaq

Məktəblərdə bufet olmayacaq

Tarix: 27 Yanvar 2021 12:45

Bakı. İlhamə İsabalayeva - Trend:

Fevralın 1-də tədris bərpa olunacağı zaman məktəblərdə bufetlər fəaliyyət göstərməyəcək.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O qeyd edib ki, Nazirlər Kabinetinin sentyabr ayında verdiyi qərarla pandemiya dövründə məktəblərdə bufetlərin fəaliyyəti müvəqqəti dayandırılıb: “Bu qərar yenə də öz qüvvəsində qalır”.


Etiketlər:  Məktəblərdə bufet olmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ