Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 09:56
ABŞ-ın Kaliforniya ştatının alimləri koronavirusun yeni ştammını aşkarlayıblar.
Alimlər adi koronavirus ştammı ilə müqayisədə 70 faiz daha artıq sürətlə yayılan Britaniya ştammını öyrənmək cəhdlərindən sonra bu nəticəyə gəliblər. Alimlərin fikrincə, yeni ştamm ştatda xəstələnmə və ölüm hallarının kəskin artmasına səbəb ola bilər.
Sonxeber.net xalqqazeti.com-a istinadən bildirir ki, virusun yeni ştammı Los-Ancelesdəki Cedars-Sinai tibb mərkəzində aşkar edilib. Yeni ştamma "B1429" adı verilib.