Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 14:26
DÇ-2022-nin seçmə mərhələsində martın 24-ü millimizlə qarşılaşacaq Portuqaliya yığması problemlə üzləşib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Böyük Britaniya hökumətinin qəbul etdiyi qərara əsasən, İngiltərədən Portuqaliyaya gedəcək şəxslər öz klublarına qayıdarkən, heç bir istisnasız olaraq oteldə 10 gün məcburi karantində qalacaqlar.
Bu isə oyunçuların klubla milli arasında seçim etməsinə səbəb olacaq.
Bildirilib ki, Portuqaliya koronavirusun geniş yayıldığı ölkələrdən sayılır və "qırmızı siyahı"da yer alıb.
Hazırda İngiltərə Premyer Liqasında 18 portuqaliyalı oyunçu var. Onlardan 10-u 2020-ci il noyabrın 17-də səfərdə Xorvatiyanı 3:2 hesabı ilə məğlub etdikləri UEFA Millətlər Liqasının oyununda iştirak edib.
Qeyd edək ki, martın 24-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.